Futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədaləti Dino Kramar, Nikola Jeliç və Nina Nakiç qoruyacaq.
Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.
Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.