"Lill"in prezidenti Olivye Letan Liqa 1-in ikinci turunda PSJ ilə 2:2 hesabılı heç-heçədən sonra hakimləri tənqid etdiyi üçün 2 ayı şərti xarakter daşımaqla 6 aylıq cəzalanıb. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
Görüş avqustun 28-də keçirilib. Sentyabrın 16-da isə Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi klub prezidentini 20 min avro məbləğində cərimələyib.
lakin Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi bu cəzanı "həddindən artıq yumşaq" hesab edərək apellyasiya şikayəti verib. Şikayət nəticəsində Letan altı ay müddətinə futboldan uzaqlaşdırlıb.
Qeyd edək ki, klub prezidentinə tətbiq olunan sərt cəza ilə yanaşı, cərimə isə qüvvədə qalıb.