Dörd turdan sonra "Benfika" Avropa Liqasının ümumi turnir cədvəlinə başçılıq edir. Sport24.az xəbər verir ki, Portuqaliya təmsilçisi mümkün 12 xaldan 12-sini toplayıb və daha çox qol vurduğu üçün ikinci pillədəki "Bornmut"u qabaqlayır.

 

"Ferensvaroş" da 12 xalla üçüncü yerdə qərarlaşıb, lakin İngiltərə klubundan bir qol daha çox buraxıb.

 

"Yunion", "Yuventus" və "Olimpiakos"un hər biri 10 xal toplayaraq müvafiq olaraq 4-cü, 5-ci və 6-cı yerləri tuturlar. "Bayer" (9 xal) və "Beşiktaş" (7 xal) da ilk "səkkizlk"də yer alır. 

 

Maraqlıdır ki, "Lion" (7 xal) 13-cü, Portuqaliya ikinci divizionundan olan "Torreense" isə 19-cu pillədə qərarlaşıb. "Real Sosyedad" 5 xalla 20-ci yerdədir. İspanlardan sonrakı sıralarda "Milan" (3 xal) 28-ci, "Marsel" (3 xal) 31-ci, "Seltik" (3 xal) isə 32-ci yerdədir.

 

"Ararat-Armeniya" dörd oyunun hamısında məğlub olaraq turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

 

Qeyd edək ki, ilk səkkiz yeri tutan komanda birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanır. 9-cu və 24-cü yerlər arasında qərarlaşan kollektivlər pley-off mərhələsində mübarizə aparacaq, digərləri isə mübarizəni dayandıracaq.