Səkkizqat Olimpiya və 11 qat dünya çempionu yamaykalı atlet Useyn Bolt, Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurması xəbərinə münasibət bildirib. Sport24.az xəbər verir ki, idmançı bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib:

 

"Beynəlxalq karyeran münasibətilə təbriklər, Kriştiano! Sən hamımızı azarkeşinə çevirdin".

 

Qeyd edək ki, Ronaldo Portuqaliya millisində ilk oyununu 18 yaşında – 2003-cü il avqustun 20-də Qazaxıstana qarşı keçirilən yoldaşlıq görüşündə (1:0) edib. Hücumçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib.