Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 11-ci tur start götürür. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.
Günün ilk oyununda turnir cədvəlinin üst pillərində yer alan komandalar üz-üzə gəlir. "Qarabağ" "doğma divarlar" arasında "Turan Tovuz"u qonaq edir.
Bu görüş ərəfəsində meydan sahibləri 19 xalla 3-cü (bir oyunu təxirə düşüb), 1 xal az toplayan qonaqlar isə 4-cü yerdə qərarlaşıb. Qurban Qurbanovun komandası ardıcıl 3 oyundu ki, qələbə qazana bilmir (üç heç-heçə). Kurban Berdıyevin yetirmələri isə ötən həftə son çempion "Sabah"a mövsümdə ilk məğlibiyyəti yaşadıb.
Qeyd edək ki, "Qarabağ" mövsümdə ilk dəfə ev oyununu "Azersun Arena"da keçirəcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
18:00. "Qarabağ" - "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Azersun Arena".