Azərbaycan milli komandası və "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Bakıya gəlib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Yaxşı övlad doğma evinə qayıdar. Köhnə dostlarla görüşüb həsrətə son qoymaq, həmişə xoşbəxt olduğumuz yerdə gözəl anları yenidən yaşamaq…".

 

Almeyda Azərbaycanda "Qarabağ" və "Zirə"də forma geyinib. O, 2017-2023-cü illərdə Millinin formasını geyinib.

 

Qeyd edək ki, yarımmüdafiəçi hazırda ölkəsində "Pirasisaba"da çıxış edir.