Misli Premyer Liqasında X turun rəmzi komandası müəyyənləşib. Sport24.az xəbər verir ki, turun ən yaxşılarından ibarət "11-liy"i "Sofascore" platforması tərtib edib.

Rəmzi komandada "Araz-Naxçıvan" və "Turan Tovuz"un hərəyə 2, "Kəpəz", "Qəbələ", "Neftçi", "İmişli", "Zirə", "Qarabağ" və "Sumqayıt"ın isə hərəyə 1 futbolçusu yer alıb.

Diqqətçəkən məqam isə son ölkə çempionu "Sabah"ın bu dəfə rəmzi komandada təmsil olunmamasıdır. Bakı klubu ötən tur səfərdə "Turan Tovuz"a məğlub olub. "Qarabağ" və "Neftçi" isə "11-liy"ə bir futbolçu ilə düşüb.

X turun rəmzi komandası:

Qapıçı: Marko Yohanson ("Sumqayıt")

Müdafiəçilər: Bəxtiyar Həsənalızadə ("İmişli"), Ruan Renato ("Zirə"), Bense Varkonyi ("Qarabağ")

Yarımmüdafiəçilər: Breno Almeyda ("Neftçi"), Elvin Camalov ("Qəbələ"), Patrik Andrade ("Araz-Naxçıvan"), Enrike Silva ("Turan Tovuz")

Hücumçular: Namik Ələskərov ("Kəpəz"), Ağadadaş Salyanski ("Araz-Naxçıvan"), Joatlem Santos ("Turan Tovuz").