"Bavariya" futbolçusu Harri Keyn ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İngiltərəli hücumçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına kimi artırılıb.

 

Keyn 2023-cü ildən "Bavariya"da çıxış edir.

 

Forvard bu il sərgilədiyi performansla "Qızıl top" mükafatına layiq görülüb.

 

Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm 14 oyunda 10 qol vurub.