Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldu yığmadakı karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Portuqaliya həmişə mənim bir parçam olaraq qalacaq", – deyə Ronaldo yazıb.
Qeyd edək ki, Kriştiano Ronaldo millidə debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq görüşündə edib. O, Portuqaliya yığmasının heyətində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib. O, millidə həm oyun, həm də qol sayında dünya rekorduna imza atıb.
Ronaldo 2016-cı ildə Avropa çempionu, 2018/2019 və 2024/2025 mövsümlərində isə Millətlər Liqasının qalibi olub.
Qeyd edək ki, baş məşqçi Joze Jesusla yaşadığı münaqişədən sonra Ronaldonun millidəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranmışdı. Futbolçu məşqçinin onunla razılaşdırılmış şərtlərə əməl etmədiyini bildirərək millinin düşərgəsini tərk etmişdi. Jesus isə Ronaldunun iddialarını təkzib etmişdi.