Futzal üzrə millimiz bu gün DÇ-2028-in əsas mərhələsində ilk oyununu keçirəcək.  Sport24.az xəbər verir ki, yığma ilə qarşılaşır.

 

Matçı italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Çiara Peronaya Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Görüşün vaxt hakimi İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.

 

Lənkəran Olimpiya İdman Kompleksində təşkil ediləcək görüş saat 16:00-da başlayacaq. Bu, millimizin Bakıdan kənarda, bölgədə keçirəcəyi ilk rəsmi beynəlxalq oyun olacaq.

 

Qeyd edək ki, tərəflər arasında ötən ay Çexiyada baş tutan oyun meydan sahiblərinin 2:1 hesablı qələbə ilə başa çatıb.