Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən "Araz-Naxçıvan" bu gün son oyununu keçirib. Sport24.az xəbər verir ki, təmsilçimiz Polşanın "Pyast" komandası ilə qarşılaşıb.
Fasiləyə qədər qapısından 4 cavabsız top keçirən "qırmızı-ağlar" ikinci hissədə də rəqibin fərqlənməsinə mane ola bilməyib.
Qeyd edək ki, qrupda keçirdiyi ilk matçda qələbə qazanan Azərbaycan çempionu sonrakı 2 qarşılaşmada məğlub olub. Aktivində 3 xal olan "Araz-Naxçıvan" mübarizəni dayandırıb. 7 xal toplayan "Pyast" isə 1/16 finala vəsiqə qazanıb.