Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, son ölkə çempionu Bosniya və Herseqovina təmsilçisi "Buba Mara" ilə qarşılaşır.
Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 17:30-da səslənəcək.
Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" dünən keçirdiyi ilk oyunda Macarıstan "Uypeşt"ini 5:4 hesabı ilə məğlub edib. Naxçıvan klubu qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.
Buba Mara (Bosniya və Herseqovina) – Araz-Naxçıvan
UEFA Çempionlar Liqası. Əsas mərhələ. V qrup
28 oktyabr. Qlivice. "Prezero Arena". Saat 17:30
Hakimlər: İqor Yaçevic (Latvia), Viktor Chaix (Fransa), Daniele Dadamo (San Marino)
Timekeeper: Dominik Lorke (Polşa)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna)