"Sabah"ın yarımmüdafiəçisi İvan Lepinitsa Avropa klublarının diqqətini cəlb edib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Xorvatiyanın "Hayduk" klubu 27 yaşlı futbolçunun müqavilə şərtlərini və hazırkı statusunu yaxından izləyir.

"Sabah"la Lepinitsa arasında mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.

Azərbaycan çempionu xorvatiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Qeyd edək ki, İvan Lepinitsa 2024-cü ildən "Sabah"da çıxış edir. O, karyerası ərzində ölkəsində "Riyeka", "Zadar" və "Slaven Belupo" klublarının da formasını geyinib.