"Espanyol" baş məşqçisi Manolo Qonsaleslə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisi dünən İspaniya Kral Kubokunun (Copa del Rey) 1/32 final mərhələsində dördüncü divizion təmsilçisi "Sestao"ya məğlub olmaqla (3:4) mübarizəni dayandırıb.
"Espaqnyol" bu mövsüm keçirdiyi 11 oyundan yalnız 2-də qələbə qazana bilib (3 heç-heçə və 6 məğlubiyyət). Barselona təmsilçisi hazırda La Liqada 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qonsales komandaya 2024-cü ilin martından rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis bundan əvvəl "Espanyol B" komandasını çalışdırıb.