Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi başlayıb. Sport24.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. "Araz-Naxçıvan" "Şimal"ı 6 "Marafon" "Zaqatala"nı 1 qolla üstələyərək 1/8 final mərhələsinə adlayıb.

 

Növbəti oyunlarda "Sumqayıt" "Kür-Araz"a 11:0, "Qəbələ" "Mingəçevir"ə 3:0 hesabı ilə qalib gəlib.

 

Günün son matçında "Zirə" səfərdə "Səbail"lə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar yenidən hərəyə bir dəfə fərqləniblər və qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında isə "Zirə" 3:2 hesabı ilə meydandan üstün ayrılıb.

 

Qeyd edək ki, bu mərhələnin oyunları 1 matçdan ibarətdir.

 

27 oktyabr (çərşənbə axşamı)

 

18:00. "Səbail" – "Zirə" - 2:2 (Penaltilər seriyası: 2:3)

 

Qollar: R.Martins, 9 (0:1), A.Qomes Soares, 90+1 (1:1), R.Martins, 96 (1:2), A.Qomes Soares, 117, (2:2)

Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev

"Bank Respublika Arena"