AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının IX turunda baş tutan "Şəfa" - "Kəpəz" matçında baş hakim Cavid Cəlilovun ilk penalti qərarının yanlış olduğunu təsdiqləyib. Sport24.az xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.
R.Həsənov baş hakimin matçın 15-ci dəqiqəsində "Şəfa"nın qapısına təyin etdiyi ilk penaltinin səhv qərar olduğunu vurğulayıb.