Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi başlayıb. Sport24.az xəbər verir ki, ilk günə 5 matç nəzərdə tutulub. "Araz-Naxçıvan" "Şimal"ı 6 "Marafon" "Zaqatala"nı 1 qolla üstələyərək 1/8 final mərhələsinə adlayıb.

 

Növbəti oyunlarda "Sumqayıt" "Kür-Araz"a 11:0, "Qəbələ" "Mingəçevir"ə 3:0 hesabı ilə qalib gəlib.

 

Günün son matçında isə "Zirə" səfərdə "Səbail"lə qarşılaşacaq.

 

Qeyd edək ki, bu mərhələnin oyunları 1 matçdan ibarətdir.

 

27 oktyabr (çərşənbə axşamı)

 

17:00. "Kür-Araz" – "Sumqayıt" - 0:11

 

Qollar: A. Süleymanlı, 3, 35, N. Orucov, 13, N. Əhmədzadə, 28, 47, 56, R. Kehat, 42, S. Badolo, 65, R. Vaskes, 78, E. Mustafayev, 81, N.Orucəli, 84-pen.

Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev

"SOCAR Polymer Arena"

 

17:00. "Qəbələ" – "Mingəçevir" - 3:0

 

Qollar: Z.Şəkərxanov, 38, E.Çekici, 42, B.Silva, 43

Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov

Qəbələ şəhər stadionu