"Real"ın hücumçusu Kilian Mbappe Çin lideri Mao Tszedunla bağlı səsləndirdiyi fikirlərə görə yaranan gərginlikdən sonra rəsmi açıqlama yayıb. Sport24.az xəbər verir ki, internet memi ilə bağlı müzakirələrdə işlətdiyi ifadələrin yanlış başa düşüldüyünü və Çin icmasını incitdiyini etiraf edən fransalı ulduz təəssüf hissi keçirdiyini bildirib.

 

Çin xalqının tarixinə dərin hörmət bəslədiyini vurğulayan forvard heç kimin xətrinə dəymək niyyətində olmadığını qeyd edib.

 

Xatırladaq ki, hadisədən sonra Çinin bir sıra aparıcı şirkətləri, o cümlədən "Dongpeng", "Mengniu" və "Milkground" ulduz futbolçu ilə sponsorluq əməkdaşlığını dayandırdıqlarını açıqlamışdılar. Həmçinin dövlət televiziyası CCTV La Liqa matçlarının yayımına məhdudiyyət qoymuşdu. Üzrxahlıqdan sonra tərəflər arasında münasibətlərin bərpa olunub-olunmayacağı hələlik açıqlanmır.