Türkiyə Super Liqasının IX turunun "Qalatasaray" – "Fənərbağça" matçının final fitindən sonra futbolçular arasında mübahisə düşüb. Sport24.az xəbər verir ki, meydan sahiblərinin heyətində müdafiəçi Abdulkerim Bardakçı ilə qonaqların cinah oyunçusu Arçe Braun dava edib.

 

Tərəflər polisin müdaxiləsindən sonra sakitləşib.

 

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin hər iki oyunçuya minimum 3 oyunluq cəza verəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Qalatasaray" "Fənərbağça"nı 2:1 hesabıyla məğlub edib.