U-15 millimizin Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, yığmamız bəlli olub. Yığmamız 65-96-cı yerlər uğrunda, 1/16 final mərhələsində Çili ilə qarşılaşacaq.
Qarşılaşma sabah Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.
Cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək yığmamız daha beş matçda meydana çıxacaq.
C Liqasının digər cütləri:
11:30. Fransa - Trinidad və Tobaqo
11:30. Yaponiya - Mozambik
11:30. Benin - Kuba
11:30. Uqanda - Yəmən
11:30. Tunis - Namibiya
11:30. Nigeriya - Yeni Kaledoniya
11:30. İndoneziya - Moldova
11:30. Tailand - Əfqanıstan
11:30. Panama - Qazaxıstan
11:30. Honduras - Hindistan
12:45. Vyetnam - Ruanda
12:45. Macarıstan - Malavi
12:45. Lüksemburq - Liberiya
12:45. Şotlandiya - Nikaraqua