Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsi start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq. Bir görüşdən ibarət olan bu mərhələnin qalibləri növbəti raundda vəsiqə qazanacaq. 

 

Bu mərhələdə artıq elita klubları da ölkə kubokunda mübarizəyə qoşulur.

 

Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

 

Azərbaycan kuboku

II təsnifat mərhələsi

 

14:00. "Şimal" – "Araz-Naxçıvan"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu. (canlı / "CBC Sport")

14:00. "Marafon" – "Zaqatala" 
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Törə Əhmədova
Bakı. "Marafon Arena". 

17:00. "Kür-Araz" – "Sumqayıt" 
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sumqayıt. "SOCAR Polymer Arena".

17:00. "Qəbələ" – "Mingəçevir"
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ. Şəhər stadionu.

"Səbail" – "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Masazır. "Bank Respublika Arena". 18:00 (canlı / "CBC Sport")