UEFA Gənclər Liqasında keçiriləcək "Qarabağ" – GNK "Dinamo" (Xorvatiya) oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, oktyabrın 28-də "Qarabağ" stadionunda təşkil olunacaq qarşılaşma saat 15:30-da başlayacaq.

 

Biletlərin qiyməti 3 manatdır. Onları iTicket.az saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

 

Qeyd edək ki, azarkeşlər üçün stadionun qapıları oyunun başlanmasına 120 dəqiqə qalmış açılacaq.