Münhenqladbax "Borussiya"sının 17 yaşlı cinah oyunçusu Vael Mohya "Bavariya"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial media hesabında paylaşım edib. 

 

Hələlik söhbət yalnız maraqdan gedir, konkret danışıqlar isə aparılmayıb. Futbolçunun özü də bu keçidə maraqlıdır. "Borussiya" isə onunla müqaviləni mümkün qədər tez uzatmaq və yeni sazişə sərbəst qalma bəndi (müəyyən məbləğ qarşılığında klubdan ayrılma hüququ) əlavə etmək istəyir.

 

Mohya Dortmun "Borussiya"sının, "RB Leypsiq" və Leverkuzen "Bayer"inin, eləcə də bir neçə xarici klubun transfer siyahısında yer alıb. 

 

Futbolçu Almaniyanı müxtəlif yaş qrupları üzrə yığmalrının formasını geyinib. Mohya eyni zamanda Mərakeş vətəndaşlığına da malikdir.

 

Qeyd edək ki, futbolçu cari mövsümdə "Borussiya"nın heyətində 8 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.