İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente "Qızıl top" təqdimetmə mərasimində "İlin məşqçisi" mükafatına layiq görülüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssisin rəhbərliyi altında İspaniya millisi DÇ-2026-da fantastik nəticə göstərərək çempionluq qazanıb.

 

Turnir boyunca keçirdiyi matçların biri istisna olmaqla hamısında qələbə qazanan ispanlar öz qapısından cəmi bir qol buraxıb.