"Liverpul"da forma şansı qazana bilməyən Federiko Kyeza klubdan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, italiyalı futbolçu ölkəsinə qayıtmaq ehtimalını nəzərdən keçirir.
Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"İnter" Kyezanı transfer etmək istəyir. A Seriyası nəhəngi 29 yaşlı vinger üçün İngiltərə klubu ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı 2024-cü ilin yayında "Yuventus"dan 12 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 1 rəsmi matçda cəmi 2 dəqiqə meydanda olub.