"Liverpul" və "Arsenal"ın keçmiş futbolçusu Jermeyn Pennant Londonda it hücumuna məruz qalıb və nəticədə ona 50-dən çox tikiş qoyulub. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

 

Hadisə Pennant gəzintidə olarkən baş verib. Aqressiv bir alman ovçarkası onun "amerikan akitası" cinsindən olan "King" adlı itinə hücum edib. veteran futbolçu itini qorumağa çalışıb. Bu zaman alman ovçarkası onu yerə yıxaraq ayağından dişləyib. Pennant dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun dərin yaralarına müdaxilə edərək 50-dən çox tikiş qoyublar. Hazırda onun vəziyyəti yaxşıdır.

 

Qeyd edək ki, Pennant karyerası ərzində həmçinin "Birmingem", "Uotford", "Lids", "Portsmut", "Stok Siti" və bir sıra digər klublarda da çıxış edib.