"Yuventus" qış "transfer pəncərəsi"ndə sol cinah müdafiəçisi Xuan Kabalı satmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.

 

Avqustun sonlarında Turin klubu 25 yaşlı kolumbiyalını satmaq istəyirdi. 2024-cü ilin yayında oyunçunu "Yuventus"a gətirən Kriştiano Cuntolinin təşəbbüsü ilə irəli sürülən bu plana əsasən, Kabalın "Atalanta"nın müdafiə xəttini gücləndirməsi nəzərdə tutulurdu.

 

Lakin transferin şərtləri ilə bağlı fikir ayrılıqları və "Yuventus"un onun yerinə başqa bir oyunçu tapa bilməməsi səbəbindən keçid baş tutmadı.

 

Kabalın potensial əvəzləyicisi kimi "Lion"la müqaviləsinin müddəti başa çatmaq üzrə olan argentinalı müdafiəçi Nikolas Talyafiko nəzərdən keçirilirdi. "Yuventus" qışda kolumbiyalı futbolçunu satmaq məsələsinə yenidən qayıdanda, 33 yaşlı oyunçu yenidən gündəmə gələ bilər.

 

qeyd edək ki, Kabal bu mövsüm cəmi bir dəfə meydana çıxıb. O, A Seriyasının 8-ci turunda "Leççe"yə qarşı keçirilən oyunda (2:0) 22 dəqiqə meydanda olub.