U-15 millimiz Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, İsrail ilə üz-üzə gəlib.
Qarşılaşma Famil Xəlilovun baş məşqçisi olduğu komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. A
Qeyd edək ki, U-15 ilk turda Timor-Leste yığmasını 6:0, ardınca Andorranı 1:0 hesabı ilə məğlub edib. III turda isə komandamız Avstraliyaya yenilib - 1:3.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.