PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya bu həftənin əvvəlində sağ dizindəki ön çarpaz bağların qopması səbəbindən əməliyyat olunacaq. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, cərrahi müdaxilə Qətərdəki "Aspetar" tibb mərkəzində həyata keçiriləcək. Əməliyyatın dəqiq tarixi hələ müəyyən edilməyib.
Qeyd edək ki, 25 yaşlı gürcü futbolçu oktyabrın 20-də Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində "Barselona"ya qarşı keçirilən oyunda (4:2) zədələnib. Kvaratsxeliya 59-cu dəqiqədə meydanı tərk edib.