"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik bugünlərdə postundan uzaqlaşdırılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Romen Molina sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə əsasən, onun taleyi artıq həll olunub. Lakin klub rəhbərliyi hələ ki, Kerrikin yerinə gələcək mütəxəssislə bağlı yekun qərara gələ bilməyib.
Daha əvvəl xəbər verilmişdi ki, 45 yaşlı mütəxəssisi əvəz edə biləcək namizədlər arasında Yulian Nagelsmann, Antonio Konte, Eddi Hau və Qaret Sautqeyt var.
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın 8-ci turunda "Bornmut"a 0:3 hesabı ilə məğlub olub. Hazırda komandanın aktivində 7 xal var və turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.