"Kremoneze"nin hücumameyilli yarımmüdafiəçisi Adin Liçinaya "Brayton" və "RB Leypsiq", eləcə də Bosniya və Herseqovina və Monteneqro milli komandalarının maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsioya  "X" sosial media hesabında paylaşım edib.

 

19 yaşlı futbolçu hazırda "Yuventus"dan icarə əsasında "Kremoneze"də çıxış edir.

 

Mənbənin sözlərinə gğrə, həm "Brayton", həm də "RB Leypsiq" oyunçunu yaxından izləyir. 

 

Futbolçuya milli səviyyəsində də maraq mövcuddur. Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbares oyunçunu canlı izləmək üçün "Kremoneze" və "Yuve Stabiya" (0–1) arasındakı matçı izləmək üçün İtaliyaya səfər edib. Bosniya tərəfi Liçinanı öz milli komandalarında oynamağa razı salmağa çalışır.

 

Liçinanın pasportuna sahib olduğu Monteneqro da oyunçu uğrunda mübarizəyə qoşulmaq niyyətindədir. Daha əvvəl Almaniyanın gənclər millisində, o cümlədən U-19 yığmasının formasını geyinmiş Liçinanın, bu ölkənin U-21 milli komandasına da cəlb olunacağı gözlənilir.

 

Qeyd edək ki, Liçina cari mövsümdə 8 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.