Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pri turnirində mübarizəsini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, idmançılarımız beynəlxalq yarışı ümumilikdə 5 medalla baş vurublar.

 

Yarışın son günündə tatamiyə çıxan təmsilçilərimizdən Əli Qazıməmmədov (90 kq) və Davud Namazlı (100 kq) uğurlu çıxış edərək bürünc medala sahib olublar.

 

Turnirin son günündə Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulub. Fəxri kürsüyə qalxan idmançılarımızla yanaşı, Məhəmməd Ağakişiyev (81 kq), Canpolad Əliyev (100 kq) və Ramazan Əhmədov (+100 kq) da güclərini sınayıblar.

 

Gənc cüdoçularımız Düşənbə Qran-pri turnirini 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 5 mükafatla tamamlayıblar.