Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan" bu gün Bakı-İstanbul-Varşava hava reysi ilə Polşaya yollanıb. Sport24.az xəbər verir ki, Futzalçılarımız hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla gedəcək.

 

Təmsilçimiz iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Komandanı oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardır.

 

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov

 

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə

 

Qeyd edək ki, təmsilçimiz oktyabrın 27-də Macarıstanın "Uypest", ertəsi gün Bosniya və Herseqovinanın "Buba Mara" komandaları ilə qarşılaşacaq. "Qırmızı-ağlar" qrupda son görüşünü oktyabrın 30-da "Piast"a qarşı keçirəcək.

 

Qeyd edək ki, V qrupun oyunları Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək.