Futzal üzrə millimizin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

Yığmaya 14 oyunçu dəvət alıb. Millinin əsasını iki klubun - "Araz-Naxçıvan" və "Neftçi İK"-nın futzalçıları təşkil edir. 

 

Qeyd edək ki, yığmamız DÇ-2028-in əsas mərhələsində Çexiya ilə səfərdə oktyabrın 16-da qarşılaşacaq. Fridek-Mistek şəhərində yerləşən "Hala Polarka" idman arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 


1. Atakişiyev Fərid - Neftçi İK
2. Kürdov Emin - Araz-Naxçıvan
3. Haciyev Kamran - Neftçi İK
4. İsmayılov Nihad - Neftçi İK
5. Emil Həsənzadə - Neftçi İK
6. Əliyev Tofiq - Neftçi İK
7. Quluzadə Murad - Araz-Naxçıvan
8. Manafov Kənan - Araz-Naxçıvan
9. Rüstəmli Oktay - Araz-Naxçıvan
10. Ələkbərov Ədalət - Araz-Naxçıvan
11. Məmmədov Nurlan - Araz-Naxçıvan
12. Zeynalov Eldar - Araz-Naxçıvan
13. Kazixanov Novruz - Araz-Naxçıvan
14. Əliyev Ülvi - Araz-Naxçıvan