"Netflix" İspaniya və Andorrada 2030-cu il FİFA Dünya Çempionatının eksklüziv yayım hüquqlarını əldə edib. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

Yayım xidməti ilk dünya çempionatının 100 illiyinə həsr olunmuş turnirin bütün 104 oyununu canlı yayımlayacaq. İspaniya, Mərakeş və Portuqaliya ev sahibi ölkələr qismində çıxış etsələr də, turnirin 100 illiyini qeyd edən oyunlar həmçinin Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. "Netflix" oyunöncəsi və oyunsonrası studiya proqramları, fasilə zamanı təhlillər və gündəlik icmalları əhatə edən genişmiqyaslı yayım planlaşdırır. Bundan əlavə, İspaniyada hər gün bir oyun pulsuz izləniləcək. Eyni zamanda, İspaniya millisinin oyunları, hər iki yarımfinal və final qarşılaşması açıq yayımlanan televiziya kanallarında nümayiş etdiriləcək.

 

"Netflix"-in Baş Kontent Direktoru Bela Bajaria şirkətin azarkeşləri dünyanın ən əhəmiyyətli idman tədbirlərinə daha da yaxınlaşdırmaq öhdəliyini vurğulayaraq qeyd edib ki, 2030-cu il çempionatı İspaniya üçün xüsusi əhəmiyyət kəsb edəcək. Çünki ölkə turnirə hazırkı dünya çempionu qismində ev sahibliyi edəcək.