"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Atletiko"ya 0:2 hesabı ilə məğlub olduqdan sonra İngiltərə klubunun rəhbərliyini sərt tənqid edib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində futbolçunun fikirlərini paylaşıb:
"Ötən mövsüm əla çıxış etdik, lakin indi rəhbərlikdən daha çox şey gözləyirik".
Müdafiəçi "bu heyət Çempionlar Liqası səviyyəsində deyilmi? Yayda daha ciddi sərmayələr qoyulacağını gözləyirdinizmi" sualına belə cavab verib:
"Bəli, qətiyyən. Texniki direktorumuzdan daha çox şey gözləyirdim. Karrik əlindən gələni edir. Baş məşqçiləri sonsuza qədər dəyişə bilərsiniz, bəs digər sahələr necə olacaq? Başqa heç nə deməyəcəyəm. Baş məşqçini, oyunçuları günahlandırmaq asandır. Amma məsuliyyət daşıyan digər şəxslərə də baxmaq lazımdır"
Qeyd edək ki, "Mançester Yunayted" bütün turnirlər daxil olmaqla, artıq beş oyundur ki, qələbə qazana bilmir.