Davide Nikola "Venesiya"nın baş məşqçisi olmağa yaxındır. Sport24.az xəbər verir ki. bu barədə insayder Nikolo Skira soial media hesabında paylaşım edib.

 

"Lagunari" (Venesiya təmsilçisi) rəhbərliyi, böhran vəziyyətində olan komandaları ilə iş təcrübəsini nəzərə alaraq, 53 yaşlı mütəxəssisə etimad göstərmək qərarına gəlib. 

 

Nikolanın "Venesiya" ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalaması gözlənilir. Sözləşmədə komandanın A Seriyasında qalacağı təqdirdə əməkdaşlığın avtomatik olaraq daha bir mövsüm uzadılması şərti də yer alacaq.

 

Qeyd edək ki, Nikolanın son iş yeri "Kremoneze" olub. O, bu ilin martında ayında həmin komandadan ayrılıb. 53 yaşlı mütəxəssis məşqçilik karyerasına "Cenoa", "Salernitana", "Udineze", "Kalyari", "Torino" və "Krotone" kimi komandaları çalışdırıb.