Tomas Frank "Fulhem"in yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandanın hazırkı baş məşqçisi Alvaro Arbeloa işini itirməyin biraddımlığındadır. 53 yaşlı mütəxəssis London klubunu çalışdırmaq üçün əsas namizəd hesab olunur.
London klubu cari mövsümdə Premyer Liqada qələbə qazana bilməyən azsaylı komandalardan biridir. "Fulhem" rəhbərliyi baş məşqçiyə vəziyyəti düzəltmək üçün iki oyunluq vaxt verib. Bundan sonra Arbeloanın komandadakı gələcəyi ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, Tomas Frank 2025-ci ilin yayından 2026-cı ilin fevralınadək "Tottenhem"ə rəhbərlik edib. Danimarkalı mütəxəssis bundan əvvəl isə 7 il "Brentford"un "sükanı arxasında" olub.