"Sabah"ın Çempionlar Liqasının ikinci mərhələsində Praqa "Slaviya"sı üzərindəki 2:0 hesablı qələbəsi sayəsində UEFA-nın əmsallar cədvəlində irəlilədik. Sport24.az xəbər verir ki, Azərbaycan İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib.

 

23-cü pillədə yer alan Ukraynanın isə aktivində 24, 387 əmsal var. 

 

"Slavia" üzərindəki qələbə 0,500 əmsal qazandırıb. Bununla da Azərbaycanın son beş mövsümdə topladığı əmsalların ümumi sayı 24,187-yə çatıb. Cari mövsümdə klublarımızın ümumi qazancı isə 5,625-ə çatıb.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, 5,625 cari mövsümün ikinci ən yaxşı göstəricidir. Yalnız Portuqaliya daha yaxşı çox əmsal qazanıb.