"Bu, inanılmaz bir hissdir". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Kahim Parris deyib.

26 yaşlı yarımmüdafiəçi Bakıda "Slaviya" üzərində qazanılan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra fikirlərini bölüşüb:

"Bu, liqa mərhələsində ilk qolum, həmçinin turnirdə ilk qələbəmizdir. Klub, ölkə və özümüz üçün tarix yazdıq. Bu, həm mənim, həm də ailəm üçün qürurverici andır".

Qeyd edək ki, "Sabah" "Slaviya"nı iki cavabsız qolla məğlub edib. "Bayquşlar"ın ilk qolunu Kahim Parris vurub. Yamaykalı futbolçu bununla da "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qolunun müəllifi olub.