"Neftçi" bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, H qrupunda yer alan "ağ-qaralar" II turda Latviya təmsilçisi VEF-i qonaq edir.

 

"Sərhədçi" İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, "Neftçi" ilk oyunda Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.