"Neftçi" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" amerikalı Treyon Ceykobu transfer edib.
28 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
196 sm boya malik müdafiəçi Florida Beynəlxalq Universitetinin (FIU) yetirməsidir.
Qeyd edək ki, T.Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyinib. Onun son komandası isə Danimarka təmsilçisi "Horsens IC" olub.