"Sabah" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunda Bakıda "Barselona"ya 1:4 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, "Bayquşlar"ın yarımmüdafiəçisi Du Keyruş matçdan sonra rəqibin hücumçusu Rafinya ilə formasını dəyişib.

 

O, bu barədə "TNT Sports"a açıqlamasında bildirib.

 

Keyruş mövsümün əvvəlindən "Sabah"da çıxış edir. Braziliyalı futbolçu "futuristlər"lə 13 oyunda forma geyinib.