Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsində ilk oyuna çıxıb. Sport24.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Serbiya komandası ilə üz-üzə gəlib.

 

Görüş rəqibin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

U-19 qrupda növbəti matçlarını noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro seçmələrinə qarşı keçirəcək.