"Liverpul" müdafiəçi Jarell Kuansanı Leverkuzen "Bayer"indən geri qaytarmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2025-ci ilin yayında 42 milyon avro qarşılığında "Bayer"ə keçən 23 yaşlı ingilis futbolçu ilə bağlı "Liverpul"un geri alma hüququ (müqavilədə xüsusi bənd) mövcuddur. Geri alma məbləği təxminən 60 milyon avro təşkil edir və klubun 2027-ci ildə bu bəndi işə salmaq imkanı var.
Qeyd edək ki, müdafiəçi 2026/27 mövsümündə 15 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Bayer"lə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.