Rumıniya millisinin keçmiş baş məşqçisi Edvard İordanesku İngiltərənin "Uotford" klubunun baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə əsasən, tərəflər gələcək əməkdaşlığın bütün detalları ilə bağlı artıq razılığa gəliblər. Mütəxəssis müqaviləni rəsmiləşdirmək üçün yaxın günlərdə Londona yollanacaq.
Qeyd edək ki, bir müddət əvvəl "Kiyev" "Dinamo"u rumıniyalı mütəxəssislə danışıqlar aparsa da, o, müharibə səbəbindən "ağ-göylər"in təklifini rədd etmişdi.