Bu gün qadın voleybolçulardan ibarət "DH Volley" CEV Çelenc Kubokunda növbəti oyununa bu gün çıxacaq. Sport24.az xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsinin ilk matçında "LKS Commercecon LODZ"i (Polşa) qəbul edəcək.

 

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək matçının start fiti saat 18:00-da səslənəcək. 

 

Qeyd edək ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib - 3:1, 3:0.