Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olub.

 

Florensiya şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1.

 

Xatırladaq ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də üz-üzə gələcək.