Estoniyanın Kaariku şəhərində keçirilən EEVZA turnirində iştirak edən Azərbaycan voleybolçuları yarışı beşinci pillədə tamamlayıblar. Sport24.az xəbər verir ki, noyabrın 19–22-də baş tutan və Avropa çempionatının ilk təsnifat mərhələsi sayılan yarışda B qrupunda yer alan yığmamız Litvanı 3:1 hesabı ilə üstələsə də, meydan sahibi Estoniyaya (2:3) və Ukraynaya (1:3) məğlub olub.
Beşinci yer uğrundakı son görüşdə isə Gürcüstanı hər üç setdə üstələyən (3:0) komandamız turniri iki qələbə ilə yekunlaşdırıb.
Qeyd edək ki, həlledici matçda Ukraynaya 3:0 hesabı ilə qalib gələn Polşa turnirin çempionu olmaqla 2027-ci il U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edib.