Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək qızlardan ibarət U-16 yığmasının üzvləri ilə görüşüb. Bu barədə AVF-dən məlumat verilib.

 

F.Qarayev bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli oyunçuların gələcəkdə əsas millinin heyətində yer alacaqlarına ümidini ifadə edib.

 

Vitse-prezident voleybolçulara hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. O, voleybolçuların yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.